Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının genişləndirilmiş iclası keçirilib İyl 07, 2022 | 10:07 / İCLASLAR

06 iyul 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda ŞAR Elmi Şura üzvləri və rəsədxana əməkdaşları ilə yanaşı AMEA Rəyasət Heyətinin və  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyasının (AAK) nümayəndələri də iştirak edib.

Tədbiri elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdəki məsələlər barədə tədbir iştirakçılarına məlumat verib. 

İclasda ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin  müdiri,  f.-r.ü.f.d., dosent Canməmməd Rüstəmovun doktorluq dissertasiyası işinin avtoreferatı ilə əlaqədar AAK-a daxil olmuş rəyin müzakirəsi aparılıb. Məsələ ilə bağlı aidiyyatı şəxslərin çıxışları dinlənilib və müvafiq qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.