Şamaxı Rəsədxanasının əməkdaşları Beynəlxalq Astrofizika seminarında iştirak edib İyn 14, 2022 | 16:06 / SEMİNARLAR

13 iyun 2022-ci ildə Akademik Roald Saqdeyevin rəhbərliyi ilə təşkil olunmuş Beynəlxalq Astrofizika seminarının növbəti iclası keçirilib. Zoom platforması üzərindən onlayn təkiş olunan seminarda AMEA N.Tusi adına Şamaxı Astrofizia Rəsədxanası, Çili Bernard Universiteti, Amerika Birləşmiş Ştatları, Estoniya və Ukraynadan olan astronomlar iştirak edib.

Seminarda Ukrayna astronomu Pavlenko Ya. Beta Pic ulduzunun peyk fotometrik müşahidələri əsasında ulduzun ətrafında kometəbənzər cismin aşkar edildiyi haqqında məruzə edib. O göstərib ki, ulduzun parlaqlıq əyrisində müşahidə olunan asimmetriya modelləşdirilərək həll edilmişdir. Göstərilmişdir ki, asimmetriyanı yaradan quyruqlu kometəbənzər cisim ola bilər.

Qeyd edək ki, tədqiqat işinin nəticələri "Astronomy and Astrophysics" jurnalında nəşr olunmuşdur.

Məruzədən sonra mövzu ətrafında suallar verilib və maraqlı müzakirələr aparılıb. Sonda bu cür seminarların hər ay bir dəfə olmaqla müntəzəm keçiriləcəyi elan edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.