Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib İyn 08, 2022 | 11:06 / İCLASLAR

07  iyun  2022-ci  il  tarixində  Azərbaycan  Milli  Elmlər  Akademiyası  (AMEA)  Nəsirəddin  Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında  (ŞAR)  Elmi  Şuranın  növbəti  iclası  keçirilib.

Tədbiri   elmi  şuranın   sədri,  AMEA-nın  müxbir   üzvü  Namiq  Cəlilov   açaraq,  gündəlikdə  duran   məsələlər  barədə  şura  üzvlərinə məlumat  verib.

İclasda ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f.-r.ü.f.d., dosent Canməmməd Rüstəmovun, həmçinin elmi işçilər - Aynurə Həsənova və Şəbnəm Ağayevanın Estoniya Respublikasının Tartu Universitetinin nəzdindəki Tartu Rəsədxanasına ezam olunması ilə bağlı aidiyyatı şəxslərin çıxışları dinlənilib və müvafiq qərarlar verilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.