Rəsədxana magistrantının dissertasiya işinin ilkin müzakirəsi keçirilib İyn 07, 2022 | 14:06 / SEMİNARLAR

AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında  (ŞAR)  elmi-tədqiqat  işlərini  başa  çatdırmış  II  kurs  magistrantının dissertasiyasının  ilkin  müzakirəsi keçirilib.  "Zoom"  platforması  üzərindən  təşkil edilən seminarda ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, magistrantın elmi-tədqiqat işini apardığı şöbə müdiri və elmi rəhbəri, o cümlədən bir sıra ixtisasçılar da iştirak edib.

Seminara rəhbərlik edən Namiq Cəlilov tədbiri açaraq məruzənin mövzusu barədə seminar iştirakçılarına məlumat verib.

Daha sonra ŞAR magistrantı Aytac İskəndərova "Volf-Raye tipli HD191765 ulduzunun fotometrik dəyişkənliyi" mövzusunda dissertasiya işi haqqında təqdimatla çıxış edib.

Magistrantın məruzəsi ətrafında geniş müzakirə aparılıb və müvafiq tövsiyələr verilərək əsas müdafiəyə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.