1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib İyn 02, 2022 | 16:06 / TƏDBİRLƏR

1 iyun 2022-ci il tarixində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib.

Tədbirdə Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun əməkdaşları da aktiv şəkildə iştirak ediblər. Festivalda əməkdaşlar üçün ayrılmış meydançada müxtəlif ölçülü kiçik teleskoplar quraşdırılıb və xüsusi filtrlər vasitəsilə uşaqların Günəşə baxışı təşkil edilib. 

Tədbir çərçivəsində iştirakçılara göy cisimləri haqqında dolğun informasiya verilib, onları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.