Rəsədxananın Elmi Şurasının növbəti iclası keçirilib Noy 15, 2017 | 17:11 / İCLASLAR

Noyabrın 15-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib.

Rəsədxanada fəaliyyət göstərən şöbələrin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat xarakterli tədbirdə Elmi Şuranın üzvləri və digər əməkdaşlar iştirak ediblər.

Əvvəlcə Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “Heliosfer və digər kosmik plazma şəraitlərində maqnito-hidrodinamik proseslərin tədqiqi” mövzusunda hesabat xarakterli məruzəsini təqdim edib.  

Sonra “ Kosmik plazma və Heliogeofiziki  problemlər”  şöbəsinin baş elmi işçisi, f.-r.ü.e.d. Sabir  Məmmədov, “Planetlər və kiçik səma cisimləri” şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev, “Planetlər və kiçik səma cisimləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.ü.f.d. Dmitriy Şestopalov, Rəsədxananın elmi işlər üzrə direktor müavini, “Kosmik plazma və Heliogeofiziki  problemlər” şöbəsinin müdiri, f.-r.ü.f.d. Elçin Babayev, “Nəzəri astrofizika və kosmologiya”  şöbəsinin müdiri, f.-r.ü.f.d. Cəsarət Əliyev, “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, f.ü.f.d. Ədalət Ətayi, “Nəzəri astrofizika və kosmologiya”  şöbəsinin aparıcı elmi işçisi, f.-r.ü.f.d. Bala Əli Rəcəbov elmi-tədqiqat mövzuları üzrə hesabatla çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.