Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib May 24, 2022 | 15:05 / İCLASLAR

24 may  2022-ci  il  tarixində  Azərbaycan  Milli  Elmlər  Akademiyası  (AMEA)  Nəsirəddin  Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında  (ŞAR)  Elmi  Şuranın  növbəti  iclası  keçirilib.

Tədbiri   elmi  şuranın   sədri,  AMEA-nın  müxbir   üzvü  Namiq  Cəlilov   açaraq,  gündəlikdə  duran   məsələlər  barədə  şura  üzvlərinə məlumat  verib.

İclasda ilkin olaraq, 2022-ci ilin may-iyun aylarında fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanların keçirilməsini təmin etmək üçün yaradılmış imtahan komissiyasının tərkibi, imtahanların yeri və vaxtı, habelə sual bloku və imtahan biletlərinin təsdiqi məsələləri müzakirə edilib və təsdiq olunub.

Daha sonra rəsədxanaın icraçı direktoru prof Nəriman İsmayılov və “Astronomik cihazlar və İnnovativ texnologiyalar” şöbəsinin müdiri v.i.e. Abbas İsmayılovun Çexiya Respublikasının Ondrejev Astronomiya İnstitutuna ezamiyyəti ilə bağlı aidiyyatı şəxslərin çıxışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.