Cari ilin ilk Ay tutulması hadisəsi olacaq May 13, 2022 | 15:05 / ASTRO TƏQVİMLƏR

16 may 2022-ci il tarixində 2022-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu tutulma hadisəsi tam Ay tutulması olacaq.

Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.

Qeyd edək ki, tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.