Rəsədxananın Elmi Şurasının növbəti iclası keçirilib Noy 14, 2017 | 17:11 / İCLASLAR

Noyabrın 14-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib.

Rəsədxanada fəaliyyət göstərən şöbələrin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat xarakterli tədbirdə Elmi Şuranın üzvləri və digər əməkdaşlar iştirak ediblər. Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək gündəlikdəki məsələlər barədə tədbir iştirakçılarına məlumat verib.

Sonra “Ulduz atmosferləri fizikası və  maqnetizm”şöbəsinin aparıcı elmi işçisi, f.-r.ü.f.d. Əzizə Həsənova, “Ulduz   atmosferləri   fizikası   və  maqnetizm”şöbəsinin müdiri, f.-r.ü.f.d. Canməmməd Rüstəmov, “Ulduz   atmosferləri   fizikası   və  maqnetizm”şöbəsinin aparıcı elmi işçisi, f.-r.ü.f.d. Sabir Əliyev, “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri “şöbəsinin müdiri, f.-r.e.d. Nəriman İsmayılov, “Qoşa  ulduzlar  və  eruptiv  proseslər”  şöbəsinin müdiri, f.-r.ü.f.d. Bayram Rüstəmov, “Qalaktikalar  və  ulduzəmələgəlmə  prosesləri “ şöbəsinin aparıcı elmi işçisi,  f.-r.ü.f.d. Nazim Hüseynov, “Qalaktikalar  və  ulduzəmələgəlmə  prosesləri “ şöbəsinin böyük elmi işçisi, f.-r.ü.f.d. İzzət  Salmanov, rəsədxananın elmi işlər üzrə direktor müavini, f.ü.f.d. X.Mikayılov elmi-tədqiqat mövzuları üzrə hesabatla çıxış ediblər.

Çıxış edən natiqlər bildiriblər ki, hesabat ilində işlədikləri elmi-tədqiqat mövzuları üzrə bir sıra elmi-tədqiqat işləri aparılıb və müəyyən elmi nəticələr əldə edilib.

Tədbirin sonunda hesabatla bağlı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.