Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti seminarı keçirilib Apr 29, 2022 | 15:04 / SEMİNARLAR

Aprel  ayının  29-da  AMEA  Nəsirəddin  Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasının  (ŞAR)  Gənc  Alim  və  Mütəxəssislər  Şurasının  növbəti  özünüinkişaf  seminarı  keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha  sonra  Şamaxı  Astrofizika  Rəsədxanasının  “Planetlər  və  kiçik  səma  cisimləri”  şöbəsinin  elmi  işçisi  Əminə  Hümbətova  “Nitq  mədəniyyəti”  mövzusunda  məruzə  ilə  çıxış  edib.

Məruzəçi seminarda ŞAR-ın gənc alim və mütəxəssislərinə işgüzar və akademik sferada nitq, kütlə qarşısında çıxış zamanı həyəcanın dəf edilməsi, verbal və qeyri-verbal kommunikasiya vasitələri, nitqin effektivliyinə təsir edən səbəblər və nitq texnikasının komponentleri haqqında geniş məlumat verib.

Məruzənin sonunda seminar iştirakçılarına müxtəlif mövzularda çıxış tapşırığı verilməklə praktiki məşqlər keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.