Sabah ilin ilk tutulma hadisəsi olacaq Apr 29, 2022 | 11:04 / ASTRO TƏQVİMLƏR

Cari ilin ilk tutulması hadisəsi yaxınlaşmaqdadır. Belə ki, aprel ayının 30-da, 2022-ci ilin ilk tutulma hadisəsi - Günəş tutulması baş verəcək. Bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 22:45-də başlayacaq və 1 may saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə olunacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.