Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Apr 18, 2022 | 15:04 / ASTRO SEMİNARLAR

Aprelin 15-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin əməkdaşı Emin Qurbanov Astrofizikada işıq sürəti, işıq sürətindən kiçik və işıq sürətindən böyük sürətlər mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda işıq sürətinin hesablanmasının tarixçəsindən danışıb. Müxtəlif dövrlərdə Olaf Ryomer, Ceyms Bredli, Arman Fizo, Jan Fuko və Albert Maykelsonun işığın sürətini hesablamaq üçün istifadə etidiyi metodlar haqqında geniş məlumat verib. O, həmçinin qeyd edib ki, işığın vakuumda yayılma sürəti təbiətdə mümkün olan ən böyük sürətdir. Bu sürət inersial hesablama sisteminin seçilməsindən asılı deyil.

Seminarın sonunda mövzu ətrafında diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.