Şamaxı Astrofizika Rəsədxanası doktoranturaya qəbul elan edir Apr 05, 2022 | 10:04 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/4 nömrəli qərarına əsasən 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya "Astrofizika və Ulduz astronomiyası" (2108.01) ixtisası üzrə 3 yer əyani və 1 yer qiyabi ayrılmışdır.

Sənəd vermək istəyən iddiaçılar sənədləri 5 aprel - 4 may 2022-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək ŞAR-ın Bakı bölməsində "Təhsil" şöbəsinə (325 №- li otaq) təqdim edə bilərlər.

Əlaqə nömrəsi: 050 242 42 00

e-mail:  pashaakhmedov87@gmail.com

Qeyd: Tələb olunan sənədlərin siyahısına baxmaq üçün keçiddən istifadə edin. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.