Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib Apr 04, 2022 | 09:04 / İCLASLAR

Aprel ayının 1-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova açaraq, gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Aynurə Həsənova GAMŞ-ın 2022-ci ilin ikinci rübü üçün fəaliyyət planını şura üzvlərinə təqdim edib. İclasda cari ilin ikinci rübündə keçirilməsi planlaşdırılan fəaliyyətlərlə bağlı detallar geniş müzakirə edilib.

Aidiyyatı şəxslərin çıxışları dinlənildikdən sonra müvafiq qərarlar qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.