Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib Mart 01, 2022 | 10:03 / İCLASLAR

28  fevral  2022-ci  il  tarixində  Azərbaycan  Milli  Elmlər  Akademiyası  (AMEA)  Nəsirəddin  Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında  (ŞAR)  Elmi  Şuranın  növbəti  iclası  keçirilib.

Tədbiri   elmi  şuranın   sədri,  AMEA-nın  müxbir   üzvü  Namiq  Cəlilov   açaraq,  gündəlikdə  duran   məsələlər  barədə  şura  üzvlərinə məlumat  verib.

İclasda ŞAR-ın gənc alim və mütəxəssislərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı rəsədxananın gənc əməkdaşlarının, habelə onların elmi rəhbərlərinin və şöbə müdirlərinin çıxışları dinlənilib. Çıxışların təhilinə uyğun olaraq gənclərin rəsədxananın fəaliyyətindəki iştirakı qiymətləndirilib və gələcəkdə onların elmi və elmi-ictimai fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı tövsiyyələr verilib. 

Sonda rəsədxana infrastrukturu ilə bağlı bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.