Rəsədxanada beynəlxalq astroseminar keçiriləcək Noy 03, 2017 | 16:11 / ASTRO SEMİNARLAR

08 noyabr 2017-ci il tarixində saat 10:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində beynəlxalq astroseminar keçiriləcək.

Tədbirdə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Fundamental Elmlər Tədqiqat İnstitutunun professoru Əlikram Əliyev "Müasir fundamental elm: yeni kəşflər və perspektivlər" adlı məruzə ilə çıxış edəcək.

Ünvan: Bakı şəh., Yasamal ray., H.Cavid pr., 115, (AMEA-nın əsas binası, kiçik akt zalı)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.