Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir Fev 04, 2022 | 11:02 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nəsirəddin  Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanası  aşağıdakı  vakant  vəzifələri  tutmaq  üçün  müsabiqə  elan  edir:

 

 

V A K A N S İ Y A L A R 

 

“Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsi

- Şöbə müdiri vəzifəsinə - 1 (bir) ştat vahidi;

“Qoşa ulduzlar və eruptiv proseslər şöbəsi

- Şöbə müdiri vəzifəsinə - 1 (bir) yer;

“Kosmik plazma və Heliogeofiziki problemlər şöbəsi

Şöbə müdiri vəzifəsinə - 1 (bir) yer;

“Nəzəri astrofizika və kosmologiya” şöbəsi

Şöbə müdiri vəzifəsinə - 1 (bir) yer;

“Astronomik cihazlar və İnnovativ texnologiyalar” şöbəsi

Şöbə müdiri vəzifəsinə - 1 (bir) yer;

 

Müsabiqədə astrofizika, fizika, riyaziyyat və vakansiyaya uyğun digər ixtisasa malik, elmi dərəcəsi olan, son illərdə elmi nəticələri nüfuzlu elmi jurnallarda dərc olunan şəxslərin və müvafiq sahə üzrə təcrübəli şəxslər sənəd verə bilər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 (bir) ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:

AZ-5626, Azərbaycan Respublikası, Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi

Elektron poçt: info@shao.science.az 

Tel.: (+99420) 266 10 14

 

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir:

– Ərizə (ərizənin forması);

– İddiaçının şəxsiyyət vəsiqəsinin surəti;

– Kadrların şəxsi uçot vərəqi;

– Tərcümeyi-hal; 

– Əmək kitabçasının iş yerində və ya notarial qaydada təsdiq olunmuş surəti (əmək fəaliyyətinə yeni baş­layanlar istisna olmaqla);

– Magistratura və ona bərabər tutulan ali təhsil haqqında sənədin notarial qaydada və ya kadrlar şöbəsi tərəfindən təsdiq olunmuş surəti;

– Elmi dərəcə (elm sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru), elmi ad (dosent, professor) və elmi rütbə (AMEA-nın müxbir üzvü, həqiqi) haqqında sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri;

– Elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar;

– Yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, həmçinin elmi və elmi texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında;

– Müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələr;

– Çap olunmuş elmi əsərləri, xüsusi təsir göstəricisinə (İmpakt faktoruna) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələr (üz səhifəsi və mündəricatı);

– Fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssis rəyi;

– Elmi jurnalların redaksiya heyətlərində üzvlük haqqında.

 

Qeyd: Sənədlər Müsabiqə Komissiyasına İddiaçı tərəfindən şəxsən təqdim edilməlidir. Müsabiqə Komissiyası tərəfindən İddiaçıya sənədlərin qəbul edilməsi barədə arayış veriləcəkdir. Müsabiqəyə təqdim edilmiş sənədlər geri qaytarılmır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.