Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib Yan 26, 2022 | 11:01 / İCLASLAR

25  yanvar  2022-ci  il  tarixində  Azərbaycan  Milli  Elmlər  Akademiyası  (AMEA)  Nəsirəddin  Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında  (ŞAR)  Elmi  Şuranın  növbəti  iclası  keçirilib.

Tədbiri   elmi  şuranın   sədri,  AMEA-nın  müxbir   üzvü  Namiq  Cəlilov   açaraq,  gündəlikdə  duran   məsələlər  barədə  şura  üzvlərinə   məlumat  verib.

İclasda ŞAR-ın vikipediya qrupunun illik hesabatı dinlənilib və viki qrupun fəaliyyətinin daha səmərəli təşkili üçün müvafiq tövsiyələr verilib.

Sonra ŞAR Elmi Şurası, rəsədxanada vakant şöbə müdiri vəzifələrinə müsabiqənin keçirilməsi barədə qərar qəbul edib.

Gündəliyə uyğun olaraq daha sonra Lütfi Zadə elmi irsinin biblioqrafik-bibliometrik icmalının çapa təqdim edilməsi barədə Nərminə Abdullayevanın çıxışı dinlənilib və materialın çapı dəstəklənib.

Sonda "Azərbaycan Astronomiya Cəmiyyəti"nin təsis olunması ilə bağlı geniş müzakirə aparılıb və təşkilati komissiya yaradılıb. Komissiya üzvlərinə təşkilati və hüquqi məsələlərin operativ təşkili üçün müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.