Rəsədxanada gənc alimlər üçün təşkil olunmuş "LaTex" kursunun növbəti seminarı keçirilib Yan 18, 2022 | 12:01 / SEMİNARLAR

18 yanvar 2022-ci il tarixində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) gənc alim və mütəxəssislər üçün təşkil olunmuş "Latex" kursunun növbəti seminarı keçirilib. 

Seminarda Şamaxı Astrofizika Rəsədxanasının "Elmi nəticələrin işlənməsi və nəşri" sektorunun müdiri Cəmilə Tağıyeva “LaTex basics” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında "LaTex" proqramının onlayn və "soft" formatda iş masasında istifadə qaydalarından danışıb. Proqramın "style" formatı və "usepackage"lərdən istifadə edərək cədvəl qurma, düstur yazma kimi anlayışlar haqqında məlumat verib və proqramda tətbiq edərək seminar iştirakçılarına əyani nümayiş etdirib.

İnteraktiv formada təşkil olunan seminarda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirə aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.