Kosmik hava durumu və proqnozu Yan 13, 2022 | 11:01 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı son 24 saat ərzində çox aşağı səviyyədə olmuşdur. 2924 (S31W14, Eho/beta-gamma) oblastında orta səviyyədə ləkə fəallığı mövcud olmuş və 12 yanvar Bakı vaxtı ilə saat 20.49-da B4 sinif alışma baş vermişdir. 2925 (S33W20, Hsx/alpha) nömrəli oblast isə stabil olmuşdur. 2926 (N22W48, Cro/beta) oblastında əlavə ləkələr yaranmış, lakin əhəmiyyətli dərəcədə fəallıq olmamışdır. 2927 (S20E27, Hsx/alpha) nömrəli oblast sakit və stabil olmuşdur. Yeni 2928 (S19W02, Dso/beta) oblastı nömrələnmişdir və hesabat dövrü müddətində stabil qalmışdır. Günəş diskində N08E24 yaxınlığında yeni ləkələr yaranmışdır. Saat 08.23-də B7 sinifli alışma baş vermişdir. Alışma II tip radio püskürmə və CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) ilə müşayiət olunmuşdur. Bu alışmanın ardından həmin oblastda bir neçə saat davam edən B8 sinifli alışma baş vermişdir. Mövcud koronoqraf görüntülərində Yerə yönəlmiş CME müşahidə olunmamışdır.

Günəşdə C sinif alışmaların baş vermə ehtimalı 50 %, M sinif alışmaların ehtimalı 5%, X sinif alışmaların ehtimalı isə 1% olaraq qiymətləndirilir.

Yüklü zərrəciklər – Enerjisi 2 MeV-dən böyük elektron seli normal ilə orta səviyyə arasında olmuşdur. Enerjisi 10 MeV-dən böyük proton seli fon səviyyəsində qalmışdır.

Günəş küləyi – Günəş küləyi parametrlərində normal şərait müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 12 yanvar saat 20.09-da 431 km/s-yə çatmışdır. Ümumi maqnit sahəsinin intensivliyi saat 14.37-də 8 nT olmuşdur. Bz komponentinin maksimal qiyməti saat 20.01-də -3nT olmuşdur.

Geomaqnit sahə - Son 24 saat ərzində geomaqnit sahə sakit olmuşdur (Kp=1-2).

Kosmik hava proqnozu –  Proqnoz dövründə (13-15 yanvar) Günəş fəallığının çox aşağı səviyyədə olacağı və C sinif alışmaların baş verəcəyi gözlənilir.

Yüklü zərrəciklər – Enerjisi 2 MeV-dən böyük elektron selinin normal ilə orta səviyyə arasında olacağı, enerjisi 10 MeV-dən böyük proton selinin fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyi – 13-14 yanvar tarixlərində Günəş küləyi parametrlərinin fon səviyyəsində olacağı gözlənilir. 15 yanvar tarixində mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliklərindən çıxan yüksək sürətli axınlar) Yerə doğru yönələcəyindən Günəş küləyi parametrlərində artma gözlənilir.

Geomaqnit sahə - 13-14 yanvar tarixlərində geomaqnit sahədə əsasən sakit şəraitin davam etməsi gözlənilir. 15 yanvar tarixində günün ilk saatlarında sakit şəraitin olacağı, günün sonuna doğru tac dəliyindən çıxan axınlarla əlaqədar olaraq, G1 sinifli (zəif) maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. Proqnoz dövründə Kp indeksin 2-5 intervalında olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.