Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib Yan 07, 2022 | 15:01 / İCLASLAR

Yanvar ayının 7-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova açaraq, gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Aynurə Həsənova GAMŞ-ın 2022-ci ilin ilk rübü üçün fəaliyyət planını şura üzvlərinə təqdim edib. Cari ilin ilk rübündə keçirilməsi planlaşdırılan fəaliyyətlərlə bağlı detalları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Aidiyyatı şəxslərin çıxışları dinlənildikdən sonra müvafiq qərarlar qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.