Rəsədxana əməkdaşları HORİZON 2020 Proqramı çərçivəsində video konfransda iştirak edib Dek 10, 2021 | 12:12 / KONFRANSLAR

9 dekabr 2021-ci il tarixində Avropa Birliyinin Tədqiqat və İnnovasiya HORİZON 2020 Proqramı tərəfindən maliyyələşdirilən 823734 nömrəli Marie-Sklodowska-Curie Grant layihəsi çərçivəsində 11 ölkədən olan astronomların iştirakı ilə video konfrans keçirilib.

Onlayn konfransda AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f-r ü.f.d., dosent C.N. Rüstəmov (qrant layihəsinin yerli koordinatoru) və ŞAR-ın əməkdaşları A.Abdulkərimova, G.Hacıyeva, S.Məmmədova, A.Həsənova iştirak ediblər.

Konfransda massiv ulduzların spektral və fotometrik müşahidələrdən aşkar edilmiş xüsusiyyətləri, bu ulduzların sintetik spektrlərinin qurulması və qurulmuş modelləri barədə məruzələr edilib, geniş diskussiya aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.