Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib Dek 10, 2021 | 10:12 / İCLASLAR

Dekabr ayının 9-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

İclasa sədrlik edən ŞAR-ın icraçı direktoru prof. Nəriman İsmayılov gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Sonra ŞAR  Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova GAMŞ-ın 2022-ci il üçün fəaliyyət planını şura üzvlərinə təqdim edib və nəzərdə tutulan punktlarla bağlı detalları diqqətə çatdırıb.

Fəaliyyət planı ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrin yekununda GAMŞ-ın 2022-ci il üçün fəaliyyət planı yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.