Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib Okt 28, 2021 | 13:10 / MÜHÜM HADİSƏLƏR

Oktyabr ayının  27-də  AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında (ŞAR)  Elmi  Şuranın  növbəti  iclası  keçirilib.

İclası  elmi  şuranın  sədri,  AMEA-nın  müxbir  üzvü  Namiq  Cəlilov  açaraq,  gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

İclasda gündəlikdə  olan  məsələlərlə  bağlı  aidiyyatı  şəxslərin  çıxışları  dinlənilib  və  müvafiq  qərarlar  qəbul  edilib.

Sonda bir sıra  cari  məsələlər - struktur dəyişikliyi və rəsədxananın gələcək fəaliyyətinin səmərəli təşkili yolları  müzakirə  olunub.

Qeyd edək ki, Elmi Şuranın iclası “Zoom” proqramı vasitəsilə onlayn şəkildə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.