Sabah Azərbaycana payız fəsli daxil olacaq Sen 21, 2021 | 14:09 / ASTRO TƏQVİMLƏR

Bu il payız fəsli Azərbaycana sentyabrın 22-də, Bakı vaxtilə saat 23:21-də daxil olacaq. Payız gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarım kürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 21-ə qədər davam edəcək. Dekabrın 21-i saat 19:59-da qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətiricək (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa Gündüz və ən uzun Gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.