Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Rusiyada elmi ezamiyyətdə olub Okt 23, 2017 | 10:10 / MÜHÜM HADİSƏLƏR

13-20 oktyabr 2017-ci il tarixlərində AMEA Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Sabir Əliyev  Rusiya Elmlər Akademiyası Xüsusi Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru D.O. Kudryavtsevin dəvəti ilə həmin institutda elmi ezamiyyətdə olub. 

Səfər çərçivəsində alim “Maqnit ulduzlarının fotometrik dəyişkənliyinin müşahidə olunan xüsusiyyətləri” mövzusunda elmi məruzə ilə çıxış edib, elmi diskussiyalar aparılıb. Həmçinin AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə Rusiya EA Xüsusi Astrofizika Rəsədxanası arasında imzalanmış müqavilə əsasında qarşılıqlı maraq doğuran maqnit ulduzlarının birgə kompleks tədqiqinin aparılması üçün razılığa gəlinıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.