Massiv 2014 UN271 kometi 2031-ci ildə Saturn ətrafında perihelidən keçəcək Avg 16, 2021 | 12:08 / ASTRO XƏBƏRLƏR

2014 UN271 kometi 2031-ci ildə Saturnun yaxınlığından keçəcəkdir. Həmin obyekt Pedro Bernardinelli və Gary Bernstein tərəfindən 2014-2018 illərdə DES (Dark Energy Survey) müşahidə  materiallarının təkrar təhlili nəticəsində kəşf olunmuşdur. Bu obyekt Oort Buludunun bu günə məlum olan ən böyük kütləli (massiv) üzvü kimi səciyyələndirilir. Onun diametrinin ölçüsü təqribən 130-370 km-ə çata bilər.

2014-2018-ci illər üzrə astronomlar  əyani koma əlamətlərinin aşkar olunmamasına baxmayaraq obyektin Günəşə yaxınlaşmasından sonra kometəbənzər aktivliyin aşkar olunmasını gözləyirlər. Perihelium nöqtəsi 10.5  a.v.  Günəşdən aralı keçəcək. Bu hadisə 2031-ci ilin əvvəlində  baş verəcəkdir.

Hal-hazırda  2014 UN271 kometi 20.2  a.v.  məsafəsindədir. Onun orbitin  meyli ekliptikaya qarşı 95.4 dərəcədir, ekssentriseti 0.99-dur. Onun  orbital periodu 603953 ildir. Obyektin bundan əvvəlki  barisentrik afelisi hesablamalara görə 39400  a.v.-dir, növbəti isə  periheli nöqtəsini keçəndən sonra  54600 a.v.-də çatacaq və bu da o deməkdir ki, 2014 UN271 Oort buluduna daxil olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.