Rəsədxanada "LaTex" proqramının tədrisinə start verilib İyl 01, 2021 | 10:07 / SEMİNARLAR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) gənc alim və mütəxəssislər üçün "LaTex" proqramının onlayn tədrisi kursuna start verilib.

Təşəbbüsün məqsədi gənc alimlərin elmi məqalələri müəyyən olunmuş standartalara uyğun olaraq tərtib etmə bacarıqlarını inkişaf etdirməkdir.

"ZOOM" platforması üzərindən təşkil olunan onlayn tədbirdə Şamaxı Astrofizika Rəsədxanasının "Təhsil" şöbəsinin kompüter operatoru Cəmilə Əzimova “LaTex proqramı üzrə ümumi anlayışlar” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında "LaTex" proqramının həm onlayn, həm də "soft" olaraq iş masasında istifadə qaydalarından danışıb. Proqramın "style" formatı və "usepackage"lərdən istifadə edərək cədvəl qurma, düstur yazma kimi ilkin anlayışlar haqqında məlumat verib və proqramda tətbiq edərək iştirakçılara nümayiş etdirib.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.