Kosmik hava durumu və proqnozu İyn 24, 2021 | 14:06 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı aşağı səviyyədədir. 2833 (N24W65, Hsx/alpha) oblastı sakit şəraitdə qərb limbə keçmişdir. Limbin şimal-şərqində 23.07.07 UTC-də gözlənilən C3 alışması baş vermişdir. Eyni zamanda II növ radiodalğalar və kənarlarda püskürmə müşahidə olunmuşdur. LASCO C2/C3 koronoqraf təsvirlərində CME (Coronal Mass Ejections - Tac kütlə atılması) müşahidə olunsa da, limbin kənarında baş verdiyi üçün Yerə təsiri olmayacaqdır. Digər STEREO A COR2-də Yerə yönələn yeni CME-lər müşahidə olunmamışdır. Yeni CME-lərin yaranacağı təqdirdə onlar koronoqrafda təsvirin alınması ilə araşdırılacaqdır.  

Günəşdə alışmaların baş vermə ehtimalı M sinif üçün 1%-dən çox, X sinif üçün 1%, C sinif üçün 10% dən aşağıdır.

Yüklü zərrəciklər – Enerjisi 2 MeV-dən böyük olan elektron seli aşağı səviyyədə olmuşdur. Enerjisi 10 MeV-dən böyük olan proton seli isə hesabat dövrü ərzində stabil və fon səviyyəsində qalmışdır.

Günəş küləyi – Hesabat dövründə DSCOVR kosmik aparatı vasitəsi ilə aparılan ölçmələr Günəş küləyi parametrləri üçün normal şərait qeydə almışdır. Günəş küləyinin sürəti 350 km/san-ə düşmüş, ümumi maqnit sahəsi 4 nTl olmuşdur. Bz komponentində isə çox kiçik dəyişmələr müşahidə olunmuşdur. Phi bucağı istiqamətini bir neçə dəfə dəyişmiş, sonda müsbət istiqamətdə olmuşdur.

Geomaqnit sahə – Geomaqnit sahə son sutka ərzində sabit olmuşdur. (Kp=2)

Kosmik hava proqnozu – Proqnoz dövründə günəş aktivliyi aşağı olacaqdır. 24-26 iyun üçün çox da böyük olmayan ehtimalla C sinfinə aid alışmalar ola bilər.

Yüklü zərrəciklər – Proqnoz dövründə enerjisi 2 MeV-dən böyük olan elektron selinin aşağı səviyyədə qalacağı, enerjisi 10 MeV-dən böyük olan proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyi  Günəş küləyinin parametrlərinin stabil olacağı və normal qalacağı proqnozlaşdırılır.

Geomaqnit sahə – CH HSS-lərin (Coronal Hole High Speed Stream - Tac dəliyi yüksək sürətli axınlar) 24-26 iyun tarixlərində geoeffektiv vəziyyətə yerini dəyişməsi ilə əlaqədar qeyristabil periodların baş vermə ehtimalı ilə geomaqnt sahə əsasən sakit olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.