Kosmik hava durumu və proqnozu İyn 17, 2021 | 10:06 / KOSMİK HAVA

Kosmik hava durumu – Proqnoz dövründə Günəş fəallığı aşağı səviyyədə olmuşdur. 2833 (N24E25, Hsx/alpha) oblastı sakit və stabil qalmışdır. STEREO A COR2-də Yerə yönələn yeni CME (Coronal Mass Ejections - Tac kütlə atılması) müşahidə olunmamışdır. Yeni CME-lərin yaranacağı təqdirdə onlar koronoqrafda müvafiq şəklinin alınması ilə araşdırılacaqdır.  

Günəşdə alışmaların baş vermə ehtimalı M sinif üçün 1%-dən çox, X sinif üçün 1%, C sinif üçün 5% dən yuxarıdır.

Yüklü zərrəciklər – Enerjisi 2 MeV-dən böyük olan elektron seli normal və aşağı səviyyədə olmuşdur. Enerjisi 10 MeV-dən böyük olan proton seli isə hesabat dövrü ərzində fon səviyyəsində qalmışdır.

Günəş küləyi – Hesabat dövründə DSCOVR kosmik apparatı vasitəsi ilə aparılan ölçmələrin nəticələri CH HSS-in (Coronal hole High Speed Stream - Tac dəliyi yüksək sürətli axınlar) mövcud olduğunu göstərmişdir. Günəş küləyinin sürəti 500 km/san. ilə 600 km/san. intervalında dəyişmiş, temperatur isə yüksək olmuşdur. Ümumi maqnit sahəsi 5 nTl, Bz komponenti isə +/- 5 nTl intervalında dəyişmişdir. Phi bucağı mənfi istiqamətdə olmuşdur.

Geomaqnit sahə – Periodun əvvəlində aktiv olan geomaqnit sahə periodun qalan hissəsində CH HSS qərarlaşdığı müddətdə əsasən dayanıqsız şəraitdə aşağı səviyyəyə düşmüşdür.

Kosmik hava proqnozu – Proqnoz dövründə (17-19 iyun) Günəş aktivliyinin aşağı olacağı gözlənilir. 17-18 iyun üçün C sinfinə aid alışmaların çox da böyük olmayan ehtimalı vardır.

Yüklü zərrəciklər – Proqnoz dövründə yüksək sürətli Günəş küləyinin daimi təsiri hesabına enerjisi 2 MeV-dən böyük olan elektron seli aşağı səviyyədən yüksək səviyyəyə kimi artacaqdır. Aktiv oblastlar olmadığı üçün enerjisi 10 MeV-dən böyük olan proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyi  Günəş küləyinin parametrlərinin 18 iyun tarixində tac dəliyinin geo-effektiv vəziyyətdən çıxmasına qədər normal olacağı gözlənilir.

Geomaqnit sahə  Geomaqnit sahənin davam edən G1 (minor) qasırğası ilə qarşılıqlı təsirdə olmayacağı gözlənilir. 17 iyun tarixində qasırğa olma ehtimalı azdır. Lakin Günəş küləyinin 500 km/san.-dən böyük olduğu üçün G1 qasırgasının baş vermə ehtimalı qalmaqdadır. 18-19 iyun tarixlərində əsasən sakit və ya dayanıqsız şəraitə keçid gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.