Rəsədxana magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib İyn 14, 2021 | 10:06 / RƏSƏDXANA XƏBƏRLƏRİ

İyun  ayının  11-də  AMEA-nın  prezidenti,  akademik Ramiz Mehdiyevin  17 may  2021-ci il  tarixli  91  saylı  sərəncamına  uyğun olaraq,  AMEA  Fizika  İnstitutunda  yaradılmış  Disertasiya  Şurasında  "Astrofizika" (249389)  ixtisaslaşması  üzrə  2019/2020-ci  tədris ilində  qəbul  olunmuş  rəsədxana  magistrlərinin  magistrlik  dissertasiyalarının  müdafiəsi  keçirilib.

 

İclası Disertasiya Şurasının sədri, f.e.d, dosent Mirbaba Babayev açaraq, tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Müdafiədə Şamaxı Astrofizika Rəsədxanasının magistri Zümrüd Binnətova "CH4  λ6800Å Spektral udulma zolağında Neptun atmosferində fırlanma tempraturunun təyini", Türkan Yusifzadə "Beta Lyra ulduzunun spektrində hidrogen xətlərinin tədqiqi", Samirə Rəhimli isə "NGC 3516 Seyfert qalatikasının spektral və fotometrik tədqiqi" mövzuları üzrə təqdimatla çıxış edib.

Məruzələrin mövzuları ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Rəsədxana magistrantlarının dissertasiya işlərininin müdafiyəsi uğurla keçib və Dissertasiya Şurasının üzvləri tərəfindən müvafiq ballarla qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.