Rəsədxana magistrantlarının dissertasiya işlərinin ilkin müdafiə seminarı keçirilib İyn 09, 2021 | 10:06 / SEMİNARLAR

AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında  (ŞAR)  elmi-tədqiqat  işlərini  başa  çatdırmış  II  kurs  magistrantların  dissertasiyalarının  ilkin  müdafiə seminarı keçirilib.  "Zoom"  platforması  üzərindən  onlayn  rejimdə  təşkil edilən seminarda ŞAR-ın direktoru,   AMEA-nın  müxbir   üzvü Namiq Cəlilov, magistrantların elmi-tədqiqat işlərini apardığı şöbə müdirləri, elmi rəhbərləri və ixtisasçılar da iştirak edib.

Seminara rəhbərlik edən f.r.ü.f.d, dosent Bayram Rüstəmov tədbiri açaraq məruzələrin mövzuları barədə seminar iştirakçılarına məlumat verib.

Daha sonra ŞAR magistrantları Zümrüd Binnətova, Türkan Yusifzadə və Samirə Rəhimli uyğun olaraq "CH4  λ6800Å Spektral udulma zolağında Neptun atmosferində fırlanma tempraturunun təyini", "Beta Lyra ulduzunun spektrində hidrogen xətlərinin tədqiqi" və "NGC 3516 Seyfert qalatikasının spektral və fotometrik tədqiqi" mövzusunda dissertasiya işləri haqqında təqdimatla çıxış edib, sualları cavablandırıblar.

Magistrantların məruzələri ətrafında geniş müzakirələr aparılıb və müvafiq tövsiyələr verilərək əsas müdafiəyə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.