Kosmik hava durumu və proqnozu İyn 03, 2021 | 10:06 / KOSMİK HAVA

Kosmik hava durumu – Proqnoz dövründə Günəş fəallığı çox aşağı olmuşdur.  Günəşdə 2827 (N18W14, Csi/beta) period ərzində aktiv olmamışdır. Yeni yaranmış 2829 (S18E49, Hrx/alpha) sıralanmış, lakin qeyri-aktiv olaraq qalmışdır. STEREO A COR2-də Yerə yönələn yeni CME (Coronal Mass Ejections-Tac kütlə atılması) müşahidə olunmamışdır.

Günəşdə alışmaların baş vermə ehtimalı M sinif üçün 5%-dən çox, X sinif üçün 1%, C sinif üçün 25% dən aşağıdır.

Yüklü zərrəciklər – Enerjisi2 MeV-dən böyük olan elektron seli normal, enerjisi 10 MeV-dən böyük olan proton seli isə hesabat dövrü ərzində fon səviyyəsində olmuşdur.

Günəş küləyi – 02/1200 UTC-ə kimi Günəş küləyinin parametrləri küləyin fon rejiminə uyğun olduğunu göstərirdi.  Günəş küləyinin sürəti 300 km/san-dən aşağı, ümumi sahə intensivliyi 2 nTl, Bz  isə +/- 2 nTl intervalında olmaqla davam etmişdir. Phi bucağı periodun əksər hissəsində mənfi olmuşdur. 02/1215 UTC-dən başlayaraq 28 may 2021 tarixdən qalmış  CME (Coronal Mass Ejection-Tac kütlə atılması) sürətin 280 km/san.-dən 320 km/san.-ə kimi impulsiv olaraq artmasına, sonradan 330 km/san. yüksəlməsinə səbəb olmuşdur.  Eyni zamanda Günəş küləyinin sıxlığı 9 ppsm3-dan 22-ə kimi, sonradan 42 ppsm3-a kimi artmışdır. Hazırda günəş küləyinin orta sıxlığı 27,84 ppsm3-dur. Bt maqnit intensivliyi 3 nTl-dan 7 nTl-dək yüksəlmişdir. 3 saat müddətində bir az daha artmışdır. Bu CME üzrə çox güclü sürüşkən zərbə olmuşdur. 

Geomaqnit sahə – 02/1200 UTC-ə kimi geomaqnit sahə sakit olmuşdur. Yüngül CME L1-dən (1-ci Laqranj nöqtəsi) keçdikdən sonra maqnitometrlərin qlobal şəbəkəsində tipik siqnatura uyğun olmayan ciddi reaksiya yaranmışdır. 02/1500 UTC-də dayanıqsız hal sakit səviyyəyə düşənə kimi Kp əmsalı 3-ə qədər artmışdır.  

Kosmik hava proqnozu – Proqnoz dövründə (3-5 iyun) Günəş aktivliyinin aşağı səviyyədə, lakin bu periodda C sinif alışmaların olacağı ehtimal olunur.

Yüklü zərrəciklər – Gözlənilir ki, enerjisi 2 MeV-dən böyük olan elektron seli proqnoz dövründə (3-5 iyun) normal səviyyədə olacaq. 10 MeV-dən böyük enerjili proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyi – İyunun 5-nə kimi Günəş küləyinin parametrlərinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Stream - Tac dəliyindən yüksək sürətli axın) ilə CME-nin (Coronal Mass Ejection - Tac kütlə atılması) zəif təsiri nəticəsində normallaşacağı gözlənilir.

Geomaqnit sahə – Geomaqnit sahənin CH HSS (Coronal Hole High Speed Stream - Tac dəliyindən yüksək sürətli axın) ilə CME-nin (Coronal Mass Ejection - Tac kütlə atılması) zəif təsiri ilə 3-4 iyun tarixlərində nisbətən artacağı gözlənilir. 5 iyun tarixində isə  əsasən atmosfer şəraitinə qayıdacağı proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.