Şamaxı Astrofizika Rəsədxanası Həmkarlar Təşkilatının hesabat-seçki konfransı keçirilib Okt 05, 2017 | 13:10 / KONFRANSLAR

Oktyabrın 4-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Həmkarlar Təşkilatının hesabat-seçki konfransı keçirilib.

Rəsədxananın həmkarlar təşkilatının sədri Famil Mustafa qurumun 2013-2017-ci illər üçün fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.  O, cari ildə təşkilat tərəfindən keçirilən tədbir­lərdən danışıb, əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, rifah halının, sosial vəziy­yətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, əməkdaşların iş şəraitinin yaxşı­laşdırılması, asudə vaxtlarının  səmərəli istifadəsi, sağlamlıq, idman, istirahət və mədəni-küt­ləvi tədbirlərin təşkili  barədə ətraflı danışıb, maddi-sosial problemləri olan şəxslərə təşkilat tərə­fin­dən yardımların göstərildiyini bildirib.

Məruzəçi həmkarlar təşkilatının fəaliyyətindəki mövcud problemlər və onların aradan qaldırılması üçün perspektivdə duran işlərdən də söhbət açıb.

Sonra məruzə ətrafında çıxışlar edilib, müzakirələr aparılıb, əməkdaşların sualları cavablandırılıb. İştirakçılar Şamaxı Astrofizika Rəsədxanası Həmkarlar Təşkilatının hesabat dövründəki fəaliy­yə­tini qənaətbəxş qiymətləndiriblər.

Tədbirdə Şamaxı Astrofizika Rəsədxanası Həmkarlar Təşkilatının yeni üzvləri və sədri, eləcə də Təftiş Komissiyasının yeni heyəti seçilib. Təşkilat üzvləri yekdilliklə Famil Mustafanın növbəti müddətə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Həmkarlar Təşkilatının sədri seçil­məsinə səs veriblər.

Daha sonra AMEA Azad Həmkarlar Təşkilatının növbəti  qurultayına nümayəndə seçilib.

İclasda iştirak edən AMEA Azad Həmkarlar Təşkilatının İdarə Heyyətinin üzvü, fizika-riyaziyyat elm­­­ləri üzrə fəlsəfə doktoru Sitarə Bağırova çıxış edərək AHT-nin akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. Elmi fəaliyyətlə məşğul olan şəxslərin fəaliyyətinə dəstək vermək, onların əməyini qiymətləndirmək üçün lazımi işlərin görüldüyünü diqqətə çatdırıb. Məruzəçi işti­rak­çıları maraqlandıran sualları cavablandırıb.

Sonda Şamaxı Astrofizika Rəsədxanası Həmkarlar Təşkilatı adından AMEA Azad Həmkarlar Təşkilatına müraciət qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.