Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib İyn 02, 2021 | 13:06 / İCLASLAR

İyun ayının  2-də  AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında (ŞAR)  Elmi  Şuranın  növbəti  iclası  keçirilib.

İclası  elmi  şuranın  sədri,  AMEA-nın  müxbir  üzvü  Namiq  Cəlilov  açaraq,  gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Gündəlikdə  olan  məsələlərlə  bağlı  aidiyyatı  şəxslərin  çıxışları  dinlənilib  və  müvafiq  qərarlar  qəbul  edilib.

Sonda  cari  məsələlər - struktur dəyişikliyi və rəsədxananın gələcək fəaliyyətinin səmərəli təşkili yolları  müzakirə  olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.