Kosmik hava durumu və proqnozu May 27, 2021 | 09:05 / KOSMİK HAVA

Kosmik hava durumu – Proqnoz dövründə Günəş fəallığı dəyişkən olmuşdur.  Günəşdə 2824 (N18W41, Cso/beta-gamma) oblastında müşahidə olunan 5 ləkə daha bir neçə aralıq ləkələrə parçalanmış, nəticədə C1.6 alışması yaranmışdır. 2826 (N2460, Dai/beta-gamma) oblastında 9 ləkə müşahidə olunmuş, oblast yüksəlməyə başlamış və period ərzində ən böyük C3.1 alışması əmələ gətirmişdir. STEREO A COR2-də Yerə yönələn yeni CME (Coronal Mass Ejections-Tac kütlə atılması) müşahidə olunmamuşdur. Yeni CME-lərin yaranacağı təqdirdə onlar koronoqraf şəklinin alınması ilə araşdırılacaqdır.  

Günəşdə alışmaların baş vermə ehtimalı M sinif üçün 10%-dən çox, X sinif üçün 1%, C sinif üçün 50% dən aşağıdır.

Yüklü zərrəciklər – Enerjisi 2 MeV-dən böyük olan elektron seli 1735 UTC-də pik həddinə (1150 pfu) çatmışdır. Enerjisi 10 MeV-dən böyük olan proton seli isə hesabat dövrü ərzində fon səviyyəsində qalmışdır.

Günəş küləyi – Hesabat dövründə DSCOVR kosmik aparatı vasitəsi ilə aparılan ölçmələr 26/1138 UTC-də İMF-də (İMF-İnterplanetary Magnetic Field Planetlər arası maqnit sahəsi) fırtına baş verdiyini qeydə almışdır. Ümumi sahə əhəmiyyətli dərəcədə, 3 nTl-dan 8 nTl-dək artmışdır. Həmin vaxtdan sahənin ümumi qiyməti 4 nTl-dan 14-16 nTl-aralığında dəyişir. Zərbə dalğasından sonra Bz komponenti, daha uzun müddət şimala istiqamətlənmiş halda olmuş, 1634-1735 UTC-də cənuba dogru, -15 nTl olmaqla güclü meyl etmişdir. Günəş küləyinin sürəti 300 km/san.-dən (350 km/san.-dən kiçik olan haldan) davamlı olaraq 390 km/san.-kimi artmışdır. 0248 UTC-də phi-nin müsbət qiyməti ilə SSBC (Solar Sector Boundary Crossing-Günəş sektorunun dəyişmə sərhəddi) baş vermiş, lakin zərbə dalğasından sonra, maqnit bulud İMF-dən keçdiyi zaman günəş sektorları arasında dəyişərək qalmışdır. 

Geomaqnit sahə – Geomaqnit sahə son sutka ərzində dəyişkən olacaq, G1 dəyişkənliyi də gözlənilir (Kp=6-2).

Kosmik hava proqnozu – Proqnoz dövründə (27-29 may) əsasən 2826 regionuna görə kiçik ehtimalla R1-R2 (nəzərə alınmayacaq dərəcədə kiçik-zəif) radiorabitənin kəsilməsi ilə müşahidə olunan Günəş fəallığının çox aşağı səviyyədə olacağı proqnozlaşdırılır. Aktivliyin aşağı səviyyəyə düşməsi gözlənilir. 29 may tarixində 2826 görünən diskdən fırlandığı zaman çox kiçik ehtimalla C sinif alışmalar ola bilər.

Yüklü zərrəciklər – Gözlənilir ki, enerjisi 2 MeV-dən böyük olan elektron selinin proqnoz dövründə (27-29 may) CME effetləri səbəbindən aşağı səviyyədə qalacaq. 10 MeV-dən böyük enerjili proton selinin isə proqnoz dövründə fon səviyyəsindən aşağı olacağı gözlənilir.

Günəş küləyi  27 may tarixində günün birinci yarısından sonra CME effetləri nəticəsində Günəş parametrləri normal fon qiymətlərinə yaxın olacaqdır. 28 may tarixdən başlayaraq müntəzəm azalacaq, 29 may tarixindən fon səviyyəsinə düşəcəkdir.

Geomaqnit sahə – Proqnoz dövründə geomaqnit sahə 27 may tarixində, günün əvvəlində G1 (Minor) qasırğa səviyyəsində olacaq (Kp-6). Günün yarısında dəyişkən və aktiv olacaq. 28 may tarixindən sakit, az dəyişən olacağı, CME effektləri azaldığı üçün 29 may tarixindən normal şərait gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.