Cari ilin ilk Ay tutulması hadisəsi baş verəcək May 24, 2021 | 12:05 / ASTRO TƏQVİMLƏR

May ayının 26-da 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu tutulma tam Ay tutulması olacaqdır.

Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Belə ki, Ay tutulması saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq.

Bu  təbiət  hadisəsini  Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda  müşahidə  etmək  mümkün  olacaq.

Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.