Kosmik hava durumu və proqnozu May 24, 2021 | 10:05 / KOSMİK HAVA

Kosmik hava durumu – Proqnoz dövründə Günəş fəallığı aşağı səviyyəyə düşmüşdür.  Bu period ərzində Günəşdə 2824 (N19W00, Csi/ beta-gamma) oblastında 23/1108-də M1/2n baş vermişdir. M sinif alışmaların aktivliyi ilə yanaşı 2824 oblastında bir neçə C sinif alışma baş vermişdir. Bu oblast mürəkkəb maqnit quruluşunu nümayiş etdirmiş və nöqtəvi olaraq oblastın cənub hissəsinə genişlənmişdir. 2825 (N16E53, Axx/alpha) bu periodda siyahıya alınmış, lakin heç bir fərqli əlamət göstərməmişdir. 22 may 2021 tarixdə 2824 oblastında Yerə yönəlmiş bir neçə CME (Coronal Mass Ejections - Tac kütlə atılması) yaranmışdı. Bu CME-lər analiz olunmuş və modelin bir nəticəsi kimi birləşdirilmişdir. Modelə görə Yerlə təmas 25-26 may tarixlərində ola bilər. Digər bütün hallar koronoqraf şəklinin alınması ilə araşdırılacaqdır.  

Günəşdə alışmaların baş vermə ehtimalı M sinif üçün 22%, X sinif üçün 3%, C sinif üçün 75% dən aşağıdır.

Yüklü zərrəciklər – 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən böyük enerjili proton seli də hesabat dövrü ərzində fon səviyyəsində qalmışdır.

Günəş küləyi – Hesabat dövründə DSCOVR kosmik aparatı vasitəsi ilə aparılan ölçmələr Günəş küləyi parametrlərinin fon səviyyəsinə uyğun, normal olduğunu göstərmişdir. Günəş küləyinin sürəti 450 km/san.-dən 390 km/san. sürətə kimi azalmışdır. Ümumi maqnit sahə intensivliyi 2-4 nT intervalında olmaqla dayanıqlıdır və stabil qalmışdır. Bz isə +2/-3 nTl intervalında dəyişmişdir. Fi bucağı mənfi istiqamətdə dayanıqlı olmuşdur.

Geomaqnit sahə – Geomaqnit sahə son sutka ərzində sakitdir (Kp=2-2,5). Maqnit sahəsi 4nTl, Bz isə 2 nTl olmuşdur. 

Kosmik hava proqnozu – Proqnoz dövründə (24.05-26.05)  Günəşdə C sinif alışmaların aktivliyi proqnozlaşdırılır. Əlavə olaraq M sinif (R1-R2 (nəzərə alınmayan-zəif) radiorabitənin kəsilməsi) sinif alışmalar mümkündür. C sinif alışmalar üçün 75%, M sinif üçün 24% və X sinif üçün 1% proqnozlaşdırılır.

Yüklü zərrəciklər – 2 MeV-dən böyük enerjili elektron selinin 24-25 may tarixləri üçün normal səviyyədə qalacağı proqnozlaşdırılır. 26 may tarixində CME-lərin təsiri ilə Günəş küləyinin artması nəticəsində elektron seli aşağı səviyyədən yüksək səviyyəyə kimi artacaqdır. 10 MeV-dən böyük enerjili proton selinin proqnoz dövründə fon səviyyəsindən aşağı olacağı gözlənilir.

Günəş küləyi  24-25 may tarixlərində Günəş parametrlərinin normal fon qiymətlərində qalacağı proqnozlaşdırılır. Normallaşmanın 26 may tarixinədək qalacağı gözlənilir. 

Geomaqnit sahə  Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik (Kp=2-2,5) davam edəcək.  Maqnit qasırğasının yaranma ehtimalı 24-26 may tarixləri üçün  3%-dək qiymətləndirilir. Geomaqnit indekslər Afr/Ap-005/005, 006/006 kimi qalacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.