Rəsədxananın əməkdaşı gənc alimlərin 4-cü beynəlxalq məktəbində iştirak edib Sen 29, 2017 | 10:09 / MÜHÜM HADİSƏLƏR

24-29 sentyabr 2017-ci il tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki  problemlər” şöbəsinin elmi işçisi Rəcəb İsmayıllı Qazaxıstan Respublikasının Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi və Rusiya Elmlər Akademiyası P.N. Lebedev adına Fizika İnstitutunun təşkilatçılığı ilə keçirilən “Смежные проблемы физики и астрофизики частиц сверхвысоких энергий” adlı MDB dövlətlərinin gənc alimlərinin 4-cü beynəlxalq məktəbində iştirak edib.

Tədbirdə gənc alimlərə fizika və astrofizika sahəsindəki son elmi yeniliklər barəsində aparıcı mütəxəssislər tərəfindən mühazirələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.