Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib May 19, 2021 | 14:05 / SEMİNARLAR

May ayının 19-da, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən a.ü.f.d Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Ulduz atmosferləri fizikası və maqnetizm" fəlsəfə doktoru üzrə doktorantı Cənnət Səmədov “Günəş küləyinin müşahidə olunan strukturu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Günəş küləyinin araşdırılma tarixi və ilkin nəzəriyyələr, onun mənşəyi, növləri, parametrləri və yerin maqnit sahəsinə təsiri barəsində seminar iştirakçılarına ətraflı məlumat verib. Paralel olaraq Planetlərarası Maqnit Sahəsi, Heliosferik Cərəyan Təbəqəsi, Parker Spiralı kimi fenomenlərdən də danışıb.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.