Kosmik hava durumu və proqnozu May 06, 2021 | 11:05 / KOSMİK HAVA

Kosmik hava durumuGünəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Hesabat dövründə görünən diskdə heç bir ləkə müşahidə olunmamışdır. Alınan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections- Tac kütlə atılması) müşahidə olunmamışdır.

Hesabat dövründə Günəşdə alışmaların baş vermə ehtimalı bütün siniflər üçün 0,1% dən aşağıdır.

Yüklü zərrəciklər – 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən böyük enerjili proton seli də hesabat dövrü ərzində fon səviyyəsində qalmışdır.

Günəş küləyi – Hesabat dövründə günəş küləyinin parametrləri onun zəif rejimdə olmasına dəlalət edir. Günəş küləyinin orta sürəti 425 m/san.-dən 325-340 km/san.-ə enmişdir. Fi bucağı müsbət qalmış, bir neçə qısamüddətli  hallarda mənfi olmuşdur.

Geomaqnit sahə – Geomaqnit sahə son sutka ərzində sakitdir (Kp=1-2). Maqnit sahəsi 2nTl-4 nTl intervalında dəyişmiş, Bz isə zəif olmuş, şimala yönəlmişdir. 

Kosmik hava proqnozuProqnoz dövründə (6-8 may) Günəş fəallığı aşağı səviyyədə olacaq. Günəşdə alışmaların baş vermə ehtimalı: M sinif üçün 0,1%, X sinif üçün 0,1% -dən aşağı, C sinif üçün 0,1% olacaqdır.

Yüklü zərrəciklər – 2 MeV-dən böyük enerjili elektron selinin proqnoz dövründə (6-8 may) aşağı və ya normal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən böyük enerjili proton selinin proqnoz dövründə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyi  Zəif Günəş küləyi rejimi gözlənilir.

Geomaqnit sahə - Proqnoz dövründə geomaqnt sahədə ümumən sakitlik (Kp=1-2) davam edəcəkdir. Maqnit qasırğanın yaranma ehtimalı yoxdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.