Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib Apr 19, 2021 | 10:04 / İCLASLAR

Aprelin 16-da Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Elmi  Şuranın  sədri,  AMEA-nın  müxbir  üzvü  Namiq  Cəlilov iclası giriş sözü ilə açaraq,  gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Tədbirdə ŞAR elmi şöbələrinə vakant vəzifələri tutmaq üçün müsabiqə elanının vəziyyəti diqqətə çatdırılıb. Bildirilib ki, “Elm” qəzetinin 5 mart 2021-ci il tarixli sayında çap olunan elanla bağlı 10 vakant yerə 12 nəfər müraciət edib.

Vakant yerlərə sənəd verən müsabiqə iştirakçılarının çıxışları dinlənilib və müvafiq qiymətləndirmə aparılaraq qərarlar qəbul edilib.

Sonda cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.