Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları beynəlxalq konfransda iştirak ediblər Sen 29, 2017 | 09:09 / KONFRANSLAR

25-27 sentyabr 2017-ci il tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri ” şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi , “Nəzəri astrofizika və kosmologiya” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bala Əli Rəcəbov və “Ulduz atmosferləri  fizikası   və  maqnetizm” şöbəsinin elmi işçisi Ülkər Qədirova Gürcüstan Respublikası, Axalsixa, Samsxe-Cavaxetiya Dövlət Univer­sitetində E.K. Xaradzenin 110 illiyinə həsr edilmiş “ Modern Problems of Astrophysics III ” adlı beynəlxalq konfransda iştirak ediblər.

Almaniya, Tailand Krallığı və digər ölkə nümayəndələrinin də iştirak etdiyi konfransda əməkdaşlarımız məruzə ilə çıxış ediblər.

AMEA Milli Ensiklopediya Mərkəzinin şöbə müdiri Hüseyn Mirtəgəvinin   cərrah bıçağı ilə faner üzərində yaratdığı  SSRİ EA-nın  akademiki E.K. Xaradzenin skalpel-portreti Şamaxı Astrofizika Rəsədxanası adından Axalsixa, Samsxe-Cavaxetiya Dövlət Universitetinə təqdim edildikdən sonra E.K.Xaradzenin muzeyinə hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.