Azərbaycan Astronomiya elminə ağır itki üz verib Apr 09, 2021 | 09:04 / MÜHÜM HADİSƏLƏR

AMEA  N.Tusi adına  Şamaxı   Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri” şöbəsinin aparıcı elmi işçisi Dmitriy İvanoviç Şestopalov 07 aprel 2021-ci il tari­xin­də vəfat etmişdir. Acı pandemiya dövründə “COVİD-19”  virusu astronom həmkarımız D.İ.Şes­topalovdan yan keçmədi ,elmi işlərində sərraf olan ,daim çalışan zəhmətkeş  bir insa­nı  sıramızdan almaqla, acı həqiqət yaşatdı.

Dmitriy İvanoviç Şestopalov 1952-ci il  22 aprel tarixində Bakı şəhərində anadan ol­muş­dur. O, 1975-ci ildə Ukrayna Respublikası, Xarkov Dövlət Universitetinin fizika fakül­tə­sini “Astronomiya” ixtisası üzrə bitirmişdir. Daha sonra həmin universitetdə astronomiya ixti­sası üzrə aspiranturada təhsilini davam etdirmişdir. 1980-ci ildə Moskva Dövlət Uni­ver­sitetinin Şternberq adına  Dövlət Astronomiya İnstitutunda Astrofizika ixtisası üzrə “Ay sət­hi­nin  polyarimetrik və kolorimetrik xəritəsi” mövzusunda dissertasiyasını uğurla müdafiə edə­rək fizika-riyaziyyat elmləri namizədi alimlik  dərəcəsi almışdır.

D.İ.Şestopalov 1978-ci ildən Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzi­fəsində fəaliyyətə başlamışdır.1980-ci ildən başlayaraq ŞAR-da “Asteroidlərin  fiziki  xüsu­siy­yətlərinin tədqiqi ” ilə məşğul olur. Bu müddət ərzində  asteroidlərin fiziki xassələrinin təd­­qiqinə həsr olunmuş 170-dən  çox elmi işlərinin əksəriyyəti dünyanın sanballı  jurnal­larında  dərc olunmuşdur. ŞAR teleskoplarında asteroidlərin spektral müşahidələrinin əsas təş­ki­latçısı və müşahidəçilərindən biri olmuşdur. Onun rəhbərliyi ilə skanedən spek­tro­metrin avtomatlaşdırılması, həmin qurğu üçün informasiya-ölçmə kompleksi hazırlamışdır ki, bu da asteroidlərin spektral müşahidələrinin dəqiqliyini xeyli artırilmasına xidmət edirdi.. Sankt-Peterburq Universitetinin əməkdaşları ilə birgə  kimyəvi tərkibinə görə asteroidlərə ya­xın  sayılan meteoritlərdən  əks   olunan şüalanma spektrlərinin tədqiqi proqramı təşkil olun­muş və  dərin  təhlillər aparılmışdır. Vesta asteroidinin, Mars planetinin və Halley ko­me­­tinin Beynəlxalq kooperativ proqramları üzrə müşahidələrin ŞAR-dan cavabdeh icraçısı olmuşdur. ŞAR-da təşkil olunmuş “Asteroidlər fizikası” üzrə Beynəlxalq konfransın Təşkilat ko­mi­təsinin sədri seçilmişdir.

1983-cü ildən böyük elmi işçi, 1992-ci ildə dosent, 1994-cü ildən isə “Planetlər və sə­ma cisimləri” şöbəsində aparıcı elmi işçi vəzifəsində işini davam etdirirdi..

1980-1992-ci illər ərzində “Asteroidlər”, “Kometlər” və “Spektrofotometriya və foto­met­rik standartlar və kataloqları” Beynəlxalq işçi qruplarının üzvü olmuşdur. ŞAR-da  aste­roi­d­lərin uzunmüddətli tədqiqinə həsr olunmuş  iki monoqrafiya , ŞAR  tarixində əsas yer tutan “425 parlaq ulduz spektrlərində enerji paylanması” kitabın həmmüəlifi olmuşdur.

Xüsusilə qeyd edilməlidir ki, D.İ. Şestopalovun elmi fəaliyyəti beynəlxalq elmi əməkdaşlıq çər­çi­vəsində həyata keçirilmişdir. O, Rusiya, Ukrayna, ABŞ, Fransa, Kanada, Yaponiya və s. ölkələrdən olan həmkarları ilə sıx elmi əlaqədə olmuş və birgə işlər yerinə yetirmişdir. Bir çox Beynəlxalq konfransların daimi iştirakçısı, 120-dən artıq beynəlxalq jurnal və  elmi konfrans materiallarında dərc olunmuş  məqalə və tezislərin müəllifi olmuşdur.

D.İ. Şestopalov bir neçə işçi qrupun üzvü, 2001-ci ildən isə Avropa Astronomiya Cəmiy­yə­ti­nin və  Amerika  Geofizika Cəmiyyətinin üzvü olmuşdur. 

Rəsədxananın elmi və ictimayi həyatında yaxından iştirak etmişdir. Allah rəhmət eləsin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.