Yaponiyanın səfiri Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edib Apr 12, 2021 | 09:04 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Yaponinyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar.

Qonaqları qarşılayan ŞAR-ın direktoru, müxbir üzv Namiq Cəlilov onlara rəsədxanada aprılan elmi tədqiqat işləri və beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib.

Daha sonra qonaqlar ŞAR-ın 2 metrlik teleskopuna gedərək burada yaradılmış şəraitlə tanış olublar. Rəsədxananın “Ulduz atmosferləri  fizikası  və  maqnetizm” şöbəsinin müdiri, f.r.ü.f.d, dosent Canməmməd Rüstəmov qonaqlara 2 metrlik teleskopun iş prinsipi, əldə olun elmi nəticələr barəsində danışıb.

Görüşdə həmçinin astrofizika sahəsində Yaponiya alimləri ilə rəsədxana arasında mümkün əlaqələr barədə söhbət aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.