ŞAR alimi Beynəlxalq elmi vebinarda iştirak edib Mart 29, 2021 | 10:03 / SEMİNARLAR

24 mart 2021-ci il tarixində İslam Əməkdaşlığı Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) təşkilatçılığı ilə “Two fluid plasma models for the generation of seed magnetic fields and astrophysical jets” mövzusunda elmi vebinar keçirilib. Onlayn şəkildə təşkil olunmuş vebinarda müxtəlif ölkələri təmsil edən astronom alimlər, o cümlədən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov da iştirak edib.

Məruzəçi, prof. Hamid Saleem (Kosmik Texnologiyalar İnstitutu, İslamabad) vebinarda qalaktikalarda aşkar edilən böyük maqnit sahələri və onların yaranma mexanizmi haqqında irəli sürülən elmi nəzəriyyələrdən danışıb.

Məruzə diqqətlə dinlənilib və iştirakçıların böyük marağına səbəb olub. Mövzu ətrafında geniş diskusiyalar aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, tədbirin yekununda vebinar iştirakçılarına sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.