Azərbaycanda yaz fəslinin başlanmasının dəqiq vaxtı açıqlanıb Mart 19, 2021 | 12:03 / ASTRO TƏQVİMLƏR

Yaz fəsli ölkəmizə martın 20-də Bakı vaxtı ilə saat 13:37-də qədəm qoyacaq.  Yaz gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin Şimal yarımkürəsində yaz fəsli başlayacaq.

Bu haqda AMEA-nın  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini f.f.d. dosent Xıdır Mustafa oğlu Mikayılov məlumat verib.

Alim bildirib ki, bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək  cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.