Rəsədxana əməkdaşlarından COVID-19 testləri götürülüb Mart 10, 2021 | 12:03 / MÜHÜM HADİSƏLƏR

 

Mart  ayının  9-da  Şamaxı  Rayon  İcra  Hakimiyyətinin  və  AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasının  birgə  təşkilatçılığı  ilə  rəsədxana  əməkdaşlarından  COVID-19  testləri  götürülüb.

Koronavirus  peyvəndi  vurulmuş  şəxslər  istisna  olmaqla,  bütün  ŞAR  əməkdaşları  yaxma-test  nümunələrinin  alınması  prosesində  iştirak  edib.

Qeyd edək ki, artıq bir ildən çoxdur ki, bütün dünyanı bürüyən pandemiyanın növbəti mümkün dalğasının verə biləcəyi ziyanı minimuma endirmək üçün rəsədxanada davamlı olaraq işlər görülür, koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında maarifləndirici məlumatlar verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.