Rəsədxana alimlərinin elmi məqaləsi nüfuzlu, yüksək impakt faktorlu jurnalda dərc edilib Fev 05, 2021 | 12:02 / MÜHÜM HADİSƏLƏR

AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasının  (ŞAR)  əməkdaşları  professor  Nəriman  İsmayılov  və  onun  yetirməsi  elmi  işçi  Şəfəq  İsmayılovanın  həmmüəllifi  olduğu  elmi  məqalə  yüksək  reytinqli  elmi  jurnalda  dərc  edilib.

Məqalə,  Londonda  Kral  Astronomiya  Cəmiyyətinin  aylıq  Astronomiya  jurnalının  (Impact  Factor  5.5)  2021-ci il  üçün  (Volume  502,  Issue  1,  pp.157-175)  buraxılışında  nəşr  edilib.

https://ui.adsabs.harvard.edu/abs/2021MNRAS.502..157I/abstract

Bu tədqiqatlar AMEA ŞAR-ın 2 m teleskopunda 2011-2015-ci illərdə HD199478 parlaq ifratnəhəng ulduzunun spektral müşahidələrində alınan spektral materiallar əsasında yerinə yetirilmişdir. Belə ulduzların atmosferində kvazi dövri dəyişmələr, döyünmələr və qeyri stasionar hadisələr müşahidə olunmaqdadır. Lakin hələlik bu cür fiziki dəyişmələrin mahiyyətini izah etmək mümkün olmamışdır.

Əməkdaşlarımızın məqaləsində ilk dəfə göstərilmişdir ki, HD199478 ulduzununu atmosferində baş verən dəyişmələrdə ulduz küləyi və maqnit sahəsinin rolu böyükdür. Atmosferin müxtəlif qatlarında yaranan incə udulma xətlərinin öyrənilməsi radial istiqamətdə döyünmələrin mövcud olmasını sübut etməyə imkan vermişdir. İşdə ilk dəfə belə dəyişmələrin xarakterik vaxtının 45-50 gün olduğu göstərilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.