Rəsədxana alimləri Beynəlxalq Gaia OPTİCON Workshop-da iştirak edib Fev 05, 2021 | 10:02 / KONFRANSLAR

Avropa Kosmik Agentliyinin Beynəlxalq Gaia missiyası çərçivəsində Gaia OPTİCON qrupunun 11-ci işçi toplantısı (workshop) keçirilib.

Müxtəlif ölkələrdən olan alimlərin qatıldığı workshop-da f.r.e.d, professor Nəriman İsmayılovun rəhbərliyi ilə Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) alimləri də iştirak edib.

Onlayn formatda keçirilən toplantının məqsədi aparılan tədqiqatların hazırki vəziyyəti və qarşıda duran planların müzakirə edilməsi olmuşdur.

ŞAR alimləri workshop-da "Spectral and photometric observations of some transient Gaia alert objects in Shamakhy Observatory" mövzusunda məruzə ilə çıxış edib. Əməkdaşlarımızın təqdim etdiyi məruzədə ŞAR-da aparılan müasir spektral və fotometrik müşahidə metodları təqdim edilib, Gaia20dqe SNI ifratyenisinin müşahidəsinin nəticələri təqdim olunub.

Qeyd edək ki, Gaia OPTİCON proqramı çərçivəsində il ərzində zəif parlaqlıqlı tranziyent obyektlər - ifratyenilərdən tutmuş daha nadir sayılan mikrolinzalı obyektlər, qara dəliklər, kvazar alışmaları, cavan ulduzlar, Be tip ulduzlar öyrənilməkdədir. ŞAR əməkdaşları hazırda prof. N.Z.İsmayılovun rəhbərliyi altında bu proqramlarda fəal iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.